Müdir müavini

Türk Dünyası Atatürk Liseyi”

“Müdir müavini” vakansiyası elan edir.

  Vəzifə öhdəlikləri:

  • Liseyin işini, habelə onun quruluş bölmələri, işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
  • Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir;
  • Problemlər barədə bilavasitə liseyin rəhbərinə məlumat vermək; 
  • Liseyin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Direktorun təsdiqinə təqdim etmək və Direktorun təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
  • Liseyin Nizamnaməsinin tələblərinin, habelə Direktorun bütün qərarlarının yerinə yetirilməsini təmin etmək;
  • Liseyin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
  • Vəzifəsi çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;

Vəzifəyə olan tələblər:

  • 4-5 illik iş təcrübəsi (2 il direktor müavini kimi iş təcrübəsi, 3 ildən çox pedaqoji fəaliyyət);
  • Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı;
  • Ciddi və məsuliyyətli.

Vəzifə haqqında məlumat:

  • İş günləri: 1-6 günlər, bazar günü istirahət;
  • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.

Maraqlanan və uyğun namizədlərin CV-lərini tdbakuataturk@turan.org ünvanına mövzu hissəsində “Direktor müavini” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlaqə: tdbakuataturk@turan.org

Tel: (+994)12 310-39-22

Sosyal Medya
DİĞER HABERLER