Müdürümüzün Pandemi Hakkında Basın Açıklaması

“Türk dünyası” Bakı Atatürk Liseyinin direktoru Eylem Gültekin “Report”a açıqlamasında bildirib ki, koronavirus pandemiyası dövründə şagirdlərə onlayn dərslər tədris olunub:

“Şagirdlərimizin mütləq əksəriyyəti dərslərə qatılıb. 100 şagirddən yalnız 10-u müəyyən səbəblərdən teledərslərdən faydalana bilməyib. Şəxsi təşəbbüsümüzlə evdə dərs deyən müəllimlərin daha rahat işləməsi üçün internet sürətləri artırılıb. Məktəb mühitində necə tədris verilirdisə, bunu ev şəraitində təşkil etməyə maksimum çalışdıq. Sadəcə, dərs saatlarında cüzi azalma etdik. Misal olaraq ki, bir gün üçün 6 dərsi 5-ə endirdik. Onlayn dərs keçilməsi üçün proqramların ən yaxşısını seçdik. Əgər şərtlər imkan versə, bəzi işləri tamamlamaq üçün məktəbi vaxtından əvvəl tədris üçün açmaq istəyirik. Təbii ki, indidən dəqiq nəsə demək düz deyil”.

Təhsilhaqqı ilə bağlı güzəştin nəzərdə tutilmadığını deyən E.Gültekin bunu təhsil müəssisəsində çalışan müəllimlərə əməkhaqlarının ödənilməsi ilə izah edib:

“Özəl məktəb olduğundan onların maaşlarını verməliydik. Onu da qeyd edim ki, bu tədris ilinin yekununda təxminən 60 məzunumuz olacaq”.

https://report.az/elm-ve-tehsil/ozel-tedris-muessiseleri-pandemiya-dovrunde/

Sosyal Medya
DİĞER HABERLER