“Türk Dünyası Atatürk Liseyi”
“SMM” vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Sosial Media Səhifələrində paylaşılacaq postların hazırlanması prosesini izləmək, hazırlanmış postların dəyərləndirməsi, postlarda dəyişiklik və yeniliklər üçün təkliflərin verilməsi;
- Sosial media səhifələrinə gələn sorğuların cavablandırılması;
- Sosial şəbəkələr üçün hesabların analizi və inkişafı üzrə strategiyanın hazırlanması;
- Reklamların yerləşdirilməsi;
- Reklam nəticələrinin təhlil edilməsi və yeni təkliflərin verilməsi;
- Sosioloji tədqiqat proqramlarının işlənib hazırlanması və tətbiqinə nəzarət edilməsi;
- Həmin sosioloji tədqiqatlar vasitəsi ilə müvafiq fəaliyyətin həyata keçirilməsi ilə
bağlı auditoriyanın müəyyən edilməsi və tələbatların öyrənilməsi; - Öyrənilmiş tələbatlar əsasında kommunikasiya üzrə perspektiv illik planlar,
layihələr və tədbirlər üzrə təkliflərin işlənib hazırlanması və rəhbərliyə
təqdim edilməsi; - Aparılmış tədqiqatlar və tədbirlər əsasında aidiyyəti tövsiyələri əks etdirən
hesabatların hazırlanması; - Müxtəlif kommunikasiya/maarifləndirici tədbirlərin təşkil edilməsində iştirak;
- İcrasına verilən sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasının
həyata keçirilməsi.
Vəzifəyə olan tələblər:
- Ən azı 1-3 il iş təcrübəsi;
- Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı;
- Bazar araşdırma qabiliyyəti, rəqiblərin analizi və dəyişən trendləri mütəmadi izləyə bilmə;
- Kreativ və innovativ düşüncəli olmalı;
- Vaxtını idarə etməyi bacaran;
- Komandada işləmək qabiliyyət;
- Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət xarakterlərə malik olmaq.
Vəzifə haqqında məlumat:
- İş günləri: 1-6 günlər, bazar günü istirahət;
- Əmək haqqı: 500-600
Maraqlanan və uyğun namizədlərin CV-lərini tdbakuataturk@turan.org ünvanına mövzu hissəsində “SMM” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlaqə: tdbakuataturk@turan.org
Tel: (+994)12 310-39-22